2024-04-25

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Aprelin 24-də Fəxri xiyabana gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.  

 

Arxiv üzrə axtarış