2024-04-26

Azərbaycanda dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib.

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak etmiş, Şahbulaq qalası, Pənahəli xanın sarayı və İmarət kompleksini ziyarət etmiş, Ağdam Konfrans Mərkəzi ilə tanış olmuşlar.

 

Arxiv üzrə axtarış