2024-05-23

Səfir Lətif Qəndilov İran İslam Respublikasının Bişkekdəki səfirliyində olub, İran Prezidenti və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib

Səfir Lətif Qəndilov mayın 21-də İran İslam Respublikasının Bişkekdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Səfir matəm kitabına ürək sözlərini yazdı:

Helikopter qəzası nəticəsində dost və qardaş İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyanın, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malek Rəhmətinin, Təbriz imamı Məhəmməd Əli Haşemin və digər şəxslərin həlak olması haqqında xəbər bizi dərindən sarsıtdı.
Bu hüznlü gündə həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı veririk. Ruhları şad, xatirələri əziz olsun.
Dost və qardaş İran xalqına Allahdan səbir diləyirik.

Allah rəhmət eləsin.

Arxiv üzrə axtarış