AR DSX-nın rəisi general-polkovnik Elçin Quliyev Manas şəhərində keçirilmiş MDB Sərhəd Qoşunları Komandanları Şurasının 91-ci iclasında iştirak edib
Manas şəhərində MDB-yə üzv ölkələrin Sərhəd Qoşunları Komandanları Şurasının 91-ci iclası keçirilib. Tədbirdə səkkiz dövlətin – Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak ediblər. Ölkəmizi bu tədbirdə AR DSX-nın rəisi general-polkovnik Elçin Quliyev təmsil etmişdir.
İclas zamanı MDB ölkələrinin xarici sərhədlərində mövcud vəziyyət təhlil olunmuş və sərhəd təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üzrə əlavə tədbirlər müəyyənləşdirilmişdir. Şura 2025-ci il üzrə fəaliyyətin yekunlarını çıxarmış və növbəti dövr üçün vəzifələri, o cümlədən birgə sərhəd əməliyyatlarının keçirilməsi ilə bağlı planları müəyyən etmişdir.
İclasın nəticələrinə əsasən sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş 22 qərar qəbul edilmişdir.