Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov oktyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfər edib.
Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov oktyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfər edib.
Dövlət başçısının təyyarəsi Qəbələ Beynəlxalq Hava Limanına enib.
Hava limanında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət bayraqları qaldırılıb, qırmızı xalça döşənib, fəxri qarovul düzülüb.
Prezident Sadır Japarovu Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının növbəti Sammitində iştirak edəcək.