news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 sentyabr 2025

Sığorta müqavilələrinin rəsmiləşdirilməsi

Xarici dövlətlərdə qeydiyyata alınmış və “Yaşıl Kart” olmayan nəqliyyat vasitələrinin sahibləri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini sadələşdirmək məqsədilə 3 iyul 2025-ci il tarixindən İcbari Sığorta Bürosu www.tpl.az onlayn platformasını istifadəyə vermişdir.

 

Hazırda sərhəd sığorta müqavilələri Azərbaycan Respublikasının sərhəd-keçid məntəqələrində sığorta şirkətləri tərəfindən rəsmiləşdirilir.

 

Lakin 1 oktyabr 2025-ci il tarixindən etibarən sərhəd-keçid məntəqələrində yerində sığorta müqavilələrinin bağlanması dayandırılacaqdır.

 

Bu tarixdən etibarən sərhəd sığorta müqavilələri yalnız əvvəlcədən – www.tpl.az onlayn platforması vasitəsilə və ya Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən digər sığorta şirkətlərinə müraciət etməklə rəsmiləşdirilə biləcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti