Anadan olduğu yer və tarix - 31 avqust 1957-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir
1974–1978 - D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuşdur
1978–1980 - Hərbi xidmətdə olmuşdur
1981–1983 - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirmişdir
1983–1986 - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri sosial-iqtisadi inkişafın kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında əvvəl kiçik, sonra baş elmi işçi kimi çalışmışdır
1984 - "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır
1986–1995 - Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur
1995-2001 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlmişdir
2001-2004 - İlk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmışdır
2004-2010 - Fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri olmuşdur
2010-2011 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Ümumi Katibliyin rəisi
2011-2016 - Azərbaycan Respublikasının Çin Xalq Respublikası,Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır
2016-2021 - Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri
2021- - Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Mükafatlar:
2009 - Qazaxıstanın İqtisadiyyat Maliyyə və Beynəlxalq Ticarət Universitetinin fəxri doktoru seçilmişdir.
2009 - Qazaxıstanda neft-qaz sahəsində ikitərəfli münasibətlərin inkişafına görə ilin ən yaxşı diplomatı adına layiq görülüb
2010 - Qazaxıstan Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli "Dostluq Ordeni" ilə təltif olunmuşdur
2016 - Pekin Xarici Tədqiqatlar Universitetinin fəxri professoru seçilmişdir
2019 - Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Xarici dillər: rus, türk, ingilis
Ailəlidir, dörd övladı var - 2 oğlu, 2 qızı