Cultural and Humanitarian Cooperation

İki ölkə arasında mədəniyyət, idman, elm və təhsil sahələrində əməkdaşlıq uğurla inkişaf edir.

28-29 aprel 2015 - III Qlobal Forumun işində iştirak üçün Qırğız Respublikası parlamentinin sədr müavini xanım B.Mamırovanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri.

17-19 may 2015 - Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya Forumunun işində iştirak üçün Qırğız Respublikasının nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri.

9-12 aprel 2021 - Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri cənab K.İmanalievin Türk Şurası (Türk Dövlətləri Təşkilatı) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının işində iştirak üçün Azərbaycan Respublikasına səfəri.

16 iyul 2021 - ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində COVAX proqramı çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) xətti ilə Qırğız Respublikasına humanitar yardım (40 min doza “AstraZaneca” vaksini) göstərilmişdir.

01 noyabr 2021 - Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasında iştirak üçün Qırğız Respublikasının Baş prokuroru cənab K.Zuluşevin başçılıq etdiyi heyətin Azərbaycan Respublikasına səfəri.

Hazırda Azərbaycan Respublikası hökumətinin maddi dəstəyi əsasında Bişkek şəhərində 550 yerlik müasir tipli orta məktəb binası inşa edilir və Azərbaycan-Qırğızıstan Dostluq Parkının salınır.

 

Əsas sənədlər:

“Qırğız Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”. Bişkek, 25.02.93;

“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş”. Bişkek, 25.02.93;

“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”. Bişkek, 25.02.93;

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğız Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”. Bakı, 23.03.97

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”. Bakı, 23.04.97

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Qırğız Respublikası Milli Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş”. Bakı, 26.03.99

“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”. Bakı, 01.06.04

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Gəlirlər Komitəsi arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş”. Bakı, 03.12.04

“Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi (QMİA “Kabar”) arasında informasiya mübadiləsi haqqında Saziş”. Bakı, 30.03.09

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”. Bakı, 01.02.12

“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”. Bakı, 30.03.12

“Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”. Bakı, 30.03.12

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Narkotiklərə nəzarət üzrə Qırğız Respublikasının Dövlət xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haqqında Saziş”. Bakı, 30.03.12

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş” Bakı, 20.04.22

 

 

Hüquqi baza

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında müstəqillik illəri ərzində yaradılmış müqavilə-hüquq bazası ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 56 sənəddən ibarətdir və onların daha da möhkəmləndirilməsi üçün möhkəm hüquqi zəmin yaradır.



All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy