Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.
Albaniya |
Diplomatik və xidməti |
90 gün |
Almaniya |
Diplomatik |
90 gün |
Argentina |
Diplomatik, rəsmi və xidməti |
30 gün |
Avstriya |
Diplomatik və xidməti |
90 gün |
Belçika |
Diplomatik |
90 gün |
BƏƏ |
Diplomatik,xidməti və xüsusi |
90 gün |
Bolqarıstan |
Diplomatik və xidməti |
90 gün |
Bosniya və Herseqovina |
Diplomatik, rəsmi və xidməti |
30 gün |
Braziliya |
Diplomatik, rəsmi və xidməti |
90 gün |
Çin XR |
Diplomatik və xidməti |
30 gün |
Çili |
Diplomatik və xidməti |
90 gün |
Çexiya |
Diplomatik |
90 gün |
Xorvatiya |
Diplomatik və xidməti |
30 gün |
Estoniya |
Diplomatik |
90 gün |
Finlandiya |
Diplomatik |
90 gün |
Fransa |
Diplomatik |
90 gün |
İndoneziya |
Diplomatik və xidməti |
30 gün |
İordaniya |
Diplomatik və xidməti |
90 gün |
İran |
Diplomatik və xidməti |
30 gün 30 gün |
Ispaniya |
Diplomatik |
90 gün |
İsveç |
Diplomatik |
90 gün |
İtaliya |
Diplomatik və xidməti |
90 gün |
İsrail |
Diplomatik və xidməti |
90 gün |
Kolumbiya |
Diplomatik, rəsmi və xidməti |
90 gün |
Koreya |
Diplomatik, rəsmi və xidməti |
30 gün |
Kipr |
Diplomatik |
90 gün |
Kuba |
Diplomatik, rəsmi və xidməti |
90 gün |
Küveyt |
Diplomatik, xidməti və xüsusi |
90 gün |
Latviya |
Diplomatik, xidməti |
90 gün |
Litva |
Diplomatik, xidmeti |
90 gün |
Liviya |
Diplomatik, xidməti və xüsus |
müvəqqəti olaraq dayandırılmışdır |
Laos Xalq Demokratik Respublikası |
diplomatik pasport |
1 (bir) ay |
Lixteynşteyn |
Diplomatik |
90 gün |
Lyuksemburq |
Diplomatik |
90 gün |
Macarıstan |
Diplomatik və xidməti |
90 gün |
Malta |
Diplomatik |
30 gün |
Monqolustan |
diplomatik, xidməti və rəsmi |
90 gün (180 gün ərzində) |
Meksika |
Diplomatik |
90 gün |
Mərakeş |
Diplomatik, xüsusi, rəsmi və xidməti |
90 gün |
Monteneqro |
Diplomatik və xidməti |
90 gün |
Niderland |
Diplomatik |
90 gün |
Norveç |
Diplomatik |
90 gün |
Pakistan |
Diplomatik və xidməti |
1 ay |
Polşa |
Diplomatik |
90 gün |
Peru |
Diplomatik, xidməti və xüsusi |
90 gün |
Qətər |
diplomatik, xidməti və xüsusi |
30 gün |
Portuqaliya |
Diplomatik,xidməti və xüsusi |
90 gün |
Rumıniya |
Diplomatik, xidməti |
90 gün |
Serbiya |
Diplomatik, xidməti və rəsmi |
90 gün |
Slovakiya |
Diplomatik və xidməti |
90 gün |
Sloveniya |
Diplomatik və xidməti |
90 gün |
Türkiyə |
Diplomatik, xidməti və xüsusi |
90 gün |
Türkmənistan |
Diplomatik və xidməti |
30 gün |
Yunanıstan |
Diplomatik |
90 gün |
Vyetnam |
Diplomatik, xidməti və rəsmi |
30 gün |
Venesuela Bolivar Respublikası |
diplomatik, xidməti və rəsmi |
30 gün |
Uruqvay |
xidməti və rəsmi |
90 gün |
San Marino |
Diplomatik və xidməti |
90 gün(6 ay müddətində) |
Hindistan |
diplomatik, rəsmi və xidməti |
90 gün (180 gün ərzində) |
II QRUP.
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - Vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.
- Belarus 90 gün
- Gürcüstan 90 gün
- Qazaxıstan 90 gün
- Qırğızıstan 90 gün
- Moldova 90 gün
- Özbəkistan 90 gün
- Rusiya 90 gün
8.Tacikistan 90 gün
- Ukrayna 90 gün
- Türkiyə 30 gün
III QRUP
Bundan əlavə, hazırda aşağıda adı qeyd edilən ölkələr tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
Ölkənin adı
Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət
1.İran 15 gün
2.Serbiya 90 gün
3.Şimali Makedoniya 90 gün
(2019-cu ilin 16 mart tarixindən 2019-cu ilin 15 sentyabr tarixinədək)
4.Monteneqro 90 gün
5.Bosniya və Herseqovina 90 gün
6.Malayziya 30 gün
7.Honq-Konq (Çinin xüsusi inzibati ərazisi, diplomatik və xidməti pasport) 14 gün