“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Консульство и виза
Консульство и виза
Doğumun qeydə alınması

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Hər iki valideyn tərəfindən doldurulmuş ərizə;
  2. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  3. valideynlərin nikah haqqında şəhadətnaməsi;
  4. valideynlərin doğum haqqında şəhadətnamələri;
  5. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
  6. uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  7. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
  8. uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
  9. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.

Yuxarıda qeyd olunan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

Valideynlərin birinin sənədləri yalnız üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadığı halda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilərlər.

Diqqət: Təkrar doğum haqqında şəhadətnamə üçün aşağıdakı sənədlərin Səfirliyə təqdim olunması tələb olunur:

  1. Ərizə;
  2. 10 dollar (on) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Təkrar doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş rüsum Səfirliyin bank hesabına köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;
  3. 2 (iki) AZN dövlət rüsumu Azərbaycanda "Kapital" banka ödənilməli və ödəniş haqqında qəbz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə təqdim olunmalıdır.
Paylaş
Все права защищены. Свяжитесь с нами, чтобы использовать любой лицензионный материал.
Политика конфиденциальности