“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Консульство и виза
Консульство и виза
Məhkumluq haqqında arayış

Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müraciətlər baxılması üçün Səfirlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə alınaraq ərizəçiyə təqdim edilir.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

Vətəndaşın Səfirliyə ƏRİZƏSİ (Ərizədə ərizəçinin soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, vətəndaşlığı və yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və verın orqan qeyd olunmalıdır);

Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (Pasport, şəxsiyyət vəsiqəsi);

Sorğu göndərilməsi üçün Səfirliyin BANK

HESABINA dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.

Qeyd 1: Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur və ya Səfirliyin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edir.

Qeyd 2: Yetkinlik yaşına çatmayana, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.

Paylaş
Все права защищены. Свяжитесь с нами, чтобы использовать любой лицензионный материал.
Политика конфиденциальности