About Bilateral relations

Brief historical information on diplomatic relations

 

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır. Qırğız Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 24 oktyabr 2014-cü il tarixində təsis edilmişdir.

Azərbaycan və qırğız xalqları eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Dini oxşarlıq və milli mənsubiyyət eyniliyi münasibətlərin inkişafında əsas rol oynayır. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuş və məhz həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşaraq inkişaf etmişdir. SSRİ süquta uğradıqdan və postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Hazırda ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçıları arasındakı qardaşlıq və səmimi münasibətlər bu əlaqələrin daha da möhkəmlənməsinə və əməkdaşlığın çevik həyata keçməsinə xüsusi təsir göstərir.

19-20 aprel 2022-ci il tarixində Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycana etdiyi rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə apardığı danışıqlar və əldə olunan razılaşmalar, o cümlədən imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmiş və qarşılıqlı faydalı tərəfdaşlığın, dostluq əsasında qurulan siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da uğurla inkişaf etməsinə geniş imkanlar açmışdır.

 

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər

 

Dövlət başçıları:

28 avqust 1995 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev "Manas” eposunun 1000 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına səfəri.

23 aprel 1997 - Qırğız Respublikasının Prezidenti cənab Əsgər Akayevin Azərbaycan Respublikasına rəsmi səfəri.

7-8 sentyabr 1998 - TRASECA proqramı çərçivəsində Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq konfransda iştirak üçün Qırğız Respublikasının Prezidenti cənab Ə.Akayevin Azərbaycan Respublikasına səfəri.

8-9 aprel 2000 - Türkdilli Dövlət Başçılarının VI zirvə görüşü və “Kitabi - Dədə Qorqud” dastanının 1300 illik yubileyi tədbirlərində iştirak üçün Qırğız Respublikasının Prezidenti cənab Ə.Akayevin Azərbaycan Respublikasına səfəri.

2 oktyabr 2009 - Naxçıvan Muxtar Respublikasında keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasının Prezidenti cənab Kurmanbek Bakiyevin Azərbaycan Respublikasına səfəri.

29-31 mart 2012 - Qırğız Repsublikasının Prezidenti cənab Almazbek Atambayev Azərbaycan Respublikasına rəsmi səfəri.

15-16 avqust 2013 - Qırğız Respublikasının Prezidenti cənab A.Atambayevin Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

16 sentyabr 2016 -  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğız Respublikasına səfəri.

14 oktyabr 2019 - Qırğız Respublikasının Prezidenti cənab Sooronbay Jeenbekovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.

19-20 aprel 2022 - Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycan Respublikasına rəsmi səfəri.

 

 

XİN rəhbərləri:

14-15 noyabr 1996 - Qırğız Respublikasının xarici işlər naziri xanım R.Otunbayevanın Azərbaycan Respublikasına səfəri.

3 sentyabr 2018 - Azərbaycan Respublikasının xarici işlər naziri cənab E.Məmmədyarovun Qırğız Respublikasına səfəri.

5-6 fevral 2020 - Qırğız Respublikasının xarici işlər naziri cənab Ç.Aydarbekovun Azərbaycan Respublikasına səfəri.

2 iyul 2021 - Qırğız Respublikasının xarici işlər naziri cənab R.Kazakbayevin  Azərbaycan Respublikasına rəsmi səfəri.

 

 

Nazirlər:

1-3 iyun 2004 - Qırğız Respublikasının müdafiə naziri cənab E.Topoyevin Azərbaycan Respublikasına rəsmi səfəri.

4 may 2006 - Qırğız Respublikasının baş nazirinin birinci müavini cənab M.Kerimkulovun Azərbaycan Respublikasına səfəri.

26-29 mart 2007 - Qırğız Respublikasının müdafiə naziri cənab İ.İsakovun Azərbaycan Respublikasına rəsmi səfəri.

15-16 noyabr 2007 - Azərbaycan Respublikasının müdafiə naziri cənab S.Əbiyevin Qırğız Respublikasına səfəri.

10 oktyabr 2008 - Azərbaycan Respublikasının baş naziri cənab A.Rasizadənin Qırğız Respublikasına səfəri.

29 dekabr 2010 - Qırğız Respublikasının Baş nazirinin birinci müavini cənab O.Babanovun Azərbaycan Respublikasına səfəri.

9-12 aprel 2021 - Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri cənab K.İmanalievin Azərbaycan Respublikasına səfəri.

 

 

Parlamentlərarası əlaqələr:

13-14 mart 2009 - Qırğız Respublikası Joqorku Keneşinin (parlament) sədrinin birinci müavini xanım Ç.Bayekovanın Azərbaycan Respublikasına səfəri.

3-5 iyul 2011 – Qırğız Respublikası Joqorku Keneşinin Toraqası (sədr) cənab A.Keldibekovun Azərbaycan Respublikasına rəsmi səfəri.

11-14 iyun 2014 - Qırğız Respublikası Joqorku Keneşinin Toraqası cənab A.Jeenbekovun Azərbaycan Respublikasına səfəri.

28-29 aprel 2015 və 17-19 may 2015 - Qırğız Respublikası parlamentinin sədr müavini xanım B.Mamırovanın Azərbaycan Respublikasına səfəri.

 

 

Siyasi əməkdaşlıq

Ölkələr arasında siyasi anlamda tam və əhatəli qarşılıqlı anlaşma mövcuddur. Qırğızıstan ilə Azərbaycan bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İƏT, Türk Dövlətləri Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və s. çərçivəsində ənənəvi olaraq həmişə bir-birinə dəstək verir.

Qırğızıstan Respublikası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tanıyır, habelə Ermənistan-Azərbaycan münaqişəsi və postmüharibə dövründə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

8 noyabr 2021-ci il tarixində – Azərbaycanın 44 günlük müharibədə Qələbəsinin ildönümü münasibətilə Qırğız Respublikası XİN-i tərəfindən təbrik bəyanatı verilmişdir.

 

Əsas sənədlər:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”. Bakı, 11.11.96

“Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”. Bakı, 23.04.97

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Dövlətlərarası Şuranın (dövlət başçıları səviyyəsində) yaradılması haqqında Memorandum”. Bakı, 20.04.22

“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyənnamə”. Bakı, 20.04.22



All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy