Biography

  

Anadan olduğu yer və tarix  -  31 avqust 1957-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir

1974–1978  -  D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun  "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuşdur

1978–1980  -  Hərbi xidmətdə olmuşdur 

1981–1983  -  Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda  əyani aspirant kimi  təhsilini davam etdirmişdir

1983–1986  -  Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri sosial-iqtisadi inkişafın kompleks  problemlərin elmi-tədqiqat laboratoriyasında əvvəl kiçik, sonra baş elmi işçi kimi çalışmışdır

1984  -  "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır

1986–1995  -  Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur

1995-2001  -  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlmişdir

2001-2004  -  İlk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmışdır

2004-2010  -  Fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri olmuşdur

2010-2011  -  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Ümumi Katibliyin rəisi 

2011-2016  -  Azərbaycan Respublikasının Çin Xalq Respublikası,Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır

2016-2021  -  Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri

2021-  -  Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri

 

Mükafatlar:

2009  -  Qazaxıstanın İqtisadiyyat Maliyyə və Beynəlxalq Ticarət Universitetinin  fəxri doktoru seçilmişdir.

2009  -  Qazaxıstanda neft-qaz sahəsində ikitərəfli münasibətlərin inkişafına  görə ilin ən yaxşı diplomatı adına layiq görülüb

2010  -  Qazaxıstan Prezidentinin sərəncamı ilə 2-ci dərəcəli "Dostluq Ordeni" ilə təltif olunmuşdur

2016  -  Pekin Xarici Tədqiqatlar Universitetinin fəxri professoru seçilmişdir

2019  -  Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli  "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

 

Xarici dillər: rus, türk, ingilis

Ailəlidir, dörd övladı var - 2 oğlu, 2 qızı



All rights reserved. Contact us to use any licensed material.
Privacy Policy